"Change.org" portalında Çempionlar Liqasının final matçında "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salaha qəsdən xəsarət yetirdiyinə və simulyasiyaya görə "Real"ın müdafiəçisi Serxio Ramosun cəzalandırılması tələbi ilə FİFA və UEFA-ya ünvanlanmış petisiya yerləşdirilib
“Report” xəbər verir ki, hazırda petisiyaya 180 mindən çox insan imza atıb.
Final oyununda "Real" "Liverpul"u 3:1 hesabı ilə məğlub edib. Salah həmin oyunda Ramosla mübarizədən sonra çiynini zədələyərək birinci hissədə meydanı tərk edib.
Digər xəbərlər
loading...