Azərbaycanın ən komik oğrusu azadlığa çıxıb. Həmin şəxs bir neçə il əvvəl məktəbdən oğurluq edərkən tutulmuş Şakir Nəsirovdur
MilliYol.Az Criminal.az-a istinadən xəbər verir ki, Ş.Nəsirov bir neçə nəfərlə Lənkəranda orta məktəbdən təhsil məqsədi üçün nəzərdə tutulmuş silah-sursatı oğurlamışdı. Onlar əməllərindən peşman olduqlarını polis şöbəsində gülərək ifadə etmişdilər.
Həmin görüntülər sosial şəbəkədə geniş müzakirəyə səbəb olmuş və onlar ``Youtube``da Azərbaycanın ən gülməli cinayətkarları kimi məşhurlaşmışdılar.
Görüntünün əsas "qəhrəman"larından biri olan Ş.Nəsirov artıq 4 il cəza çəkərək azadlığa çıxıb. Onun yeni görüntüsünü prodüser Təranə Səmədova yayıb.
Digər xəbərlər
loading...