"Fransa müstəqillik vaxtlarınızdan, yəni Azərbaycan Demokratik Respublikası dövründən sizin yanınızda olub"
“Report” xəbər verir ki, bunu Fransanın Bakıda səfərdə olan xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil naziri Ceyhun Bayramovla görüşdə deyib.
O bildirib ki, UFAZ iki ölkə arasında olan dərin münasibətlərin təsviridir.
"Bizim siyasi dialoqumuz intensivdir. Əməkdaşlıq sahəmiz çox genişdir. Fransa müstəqillik vaxtlarınızdan, yəni ADR-in dövründən sizin yanınızda olub. Azərbaycanda qadınlara Fransadan çox əvvəl seçim hüququ verilib", - deyə o əlavə edib.
Jan-İv Lö Drian iki ölkənin kosmik sahədə də səmərəli əməkdaşlıq edə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bunun üçün böyük potensial var.
Digər xəbərlər
loading...