Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan fransalı həmkarı Jan-Iv Lö Drianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
XİN-dən verilən məlumata görə, Fransa xarici işlər naziri 1918-ci il 28 mayda bəyan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan hökumətini və xalqını təbrik edib.
Elmar Məmmədyarov bu il mayın 15-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdüyünü qeyd edərək münaqişənin həllində irəliləyişə nail olmaq üçün Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən hərbi işğal faktına son qoyulmalı, BMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmalı və məcburi köçkünlərin öz dogma torpaqlarına geri qayıtmasının təmin edilməli olduğunu vurğulayıb. E. Məmmədyarov bir daha bildirib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə və qondarma rejimin nümayəndələrinin Avropa İttifaqı ölkələrinin ərazilərinə daxil olması məsələsinə toxunan Elmar Məmmədyarov münaqişənin danışıqlar yolu ilə həlli prosesinin tərkib hissəsi kimi bu kimi qanunsuz əməllərin qarşısının alınmasının vacibliyini diqqətə çəkib.
Digər xəbərlər
loading...