Qətər hökuməti bütün ticarət mərkəzlərindəki işçilərə ölkəni boykot edən dövlətlərin məhsullarının piştaxtalardan yığışdırılması barədə çağırış edib
Milli.Yol axar.az-a istinadən bildirir ki, sözügedən çağırışla Qətərin İqtisadiyyat və Ticarət Nazirliyi çıxış edib.
Nazirliyin məlumatına görə, qərarın icrasının yoxlanmasını təmin etmək məqsədilə ölkənin bütün istiqamətlərində xüsusi müfəttişlər vəzifə başında olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn kimi ölkələr Qətərə qarşı blokada tətbiq edib.
Digər xəbərlər
loading...