Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 739,01 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib
Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 855,12 min dollar və yaxud 50,76% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,07%-ni təşkil edib.
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 19 286,09 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 2 570,92 min dollar və yaxud 15,38% çoxdur.
Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,77%-lik paya malik olub.
Digər xəbərlər
loading...