““İsgəndər” raketləri ilk növbədə Rusiyanın müdafiəsi üçün nəzərdə tutulub”
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Dmitri Drozdenko RT-yə açıqlamasında deyib.
“Biz bu raketləri Kalininqrada ABŞ-ın Avropada hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi ana qədər göndərmədik. Bu sistemlər təkcə hava hücumundan müdafiə yox, həm də zərbə qabiliyyətinə malikdir. Yəni faktiki olaraq biz bu situasiyada müdafiə olunuruq. Kalininqraddakı komplekslər hava hücumundan müdafiə sistemlərini və Avropadakı Amerika bazarlarını hədəfdə saxlayır. Biz hamımız yaxşı başa düşürük ki, Rusiya ABŞ-a ilk zərbəni endirməyəcək”, – deyə o bildirib.
Digər xəbərlər
loading...