Aşıq Azər Xanlaroğlu haqda yeni xəbər var.
Musavat.com xəbər verir ki, uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkən sənətkar üçün donor tapılıb. Aşığın xaricdə yaşayan əmisi oğlu öz qara ciyərinin bir hissəsini verməyə hazırdır. Bu haqda facebookda gənc şairə Günay Nəriman Həsənli məlumat yayıb. O, statusunda bunları qeyd edib:
"Allahım, sən heç kəsi əlacsız qoyma. Səndən ümid kəsilməz. Aşıq sənətinin mahir bilicilərindən olan rəhmətlik aşıq Xanların oğlu aşıq Azərə xaricdə yaşayan əmisi oğlu qaraciyərini verməyə razı olduğunu söyləyib. Donor tapılıb, inşallah sonrası da yaxşı olacaq. Azər qardaşım Allah sənə yar olsun!".
Xatırladaq ki, Azər Xanlaroğlu xeyli vaxtdır həm qaraciyər, həm də fil xəstəliyindən (ayaqlarında kəskin şiş) əziyyət çəkir. Onun müalicəsi üçün lazım olan vəsait hələ də tapılmayıb. Üstəlik qaraciyərini dəyişdirmək üçün donor da tapılmırdı.
MilliYol.Az
Digər xəbərlər
loading...