Romanovların Rusiya İmperator Evinin başçısı, böyük knyaginya Mariya Vladimirovna Krım körpüsündən keçərək, Krıma səyahət edəcək
Virtualaz.org RİA “Novosti”yəı istinadən xəbər verir ki, bu məlumatı Krım regionunda Romanovlar Evinin dəftərxanasının müşaviri Vladislav Pilkeçiv yayımlayıb.
“İmperator əlahəzrətlərinin səfərinin proqramına Krım körpüsünün keçidi daxildir. Bununla imperator II Nikolayın qanuni varisi Krım yarımadasının tarixən Rusiyaya aid olduğunu nümayiş etdirmək fikrindədir”, - müşavir deyib.
Səfər mayın 28-də başlayacaq və iyunun 3-dək davam edəcək. Səfər Krım yarımadasının Rusiyanın tərkibinə daxil olmasının 235 illiyinə həsr edilib. Səfər zamanı böyük knyaginyanı şahzadə Georgi Mixayloviç Romanov müşayiət edəcək.
Pilkeviç xatırladıb ki, Krıma körpü salmaq ideyası ilk dəfə II Nikolayın dövründə gündəmə gəlib.
Xatırladaq ki, Rusiyanın materik hissəsini Krımla bağlayan körpü mayın 16-da prezident Vladimir Putinin iştirakı ilə açılıb.
Digər xəbərlər
loading...