Birləşmiş Millətlər Təşkilatının atom müşahidə agentliyi bildirir ki, İran 2015-ci ilin beynəlxalq razılaşamaya əsasən nüvə proqramına məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı şərtlərə riayət edir
Beynəlxalq Atom Enerjisi Agentliyinin cümə axşamı prezident Donald Trampın Birləşmiş Ştatların nüvə sazişindən çıxdığını elan etməsindən sonra keçirilən ilk dəyərləndirməni ictimailəşdirib. Agentlik bildirir ki, İran uranın zənginləşdirilməsi və toplanılan zənginləşdirilmiş uranın razılaşdırılmış limitindən kənara çıxmır.
Bununla bərabər, BMT agentliyi İranın təftiş üçün nəzərdə tutduğu çıxışı qismən məhdudlaşdırmasından məyus olduğunu bildirib. BMT-nin qiymətləndirilməsi Birləşmiş Ştatların İrana qarşı yeni sanksiyalar tətbiq edilməsi qərarından sonraya təsadüf edir.
Vaşinqton bu yolla Tehranı yenidən danışıqlar masasına cəlb etməklə, İslam Respublikasının ballistik raket sınaqlarını məhdudlaşdırmasına və Yaxın Şərqdə hərbi əməliyyatlarını dayandırmasına məcbur etməyə ümid edir. (Amerikanın Səsi)
MilliYol.Az
Digər xəbərlər
loading...