Çinin "Dalian Yifang" klubu Fatih terimə elçi düşüb
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "Marca" radiosu məlumat yayıb.
Məlumata görə, Çin klubu alman baş məşqçisi Bernd Şusterlə yollarını ayırmaq niyyətindədi. Buna səbəb isə komandanın uğursuz çıxışı olub. Heyətində Nikolas Qaytan, Yannik Karrasko və Joze Fonte kimi məşhur futbolçular olan "Dalian Yifang" 11 turdan sonra 16 komanda arasında 15-ci yeri tutur.
İddia olunur ki, bu mövsüm "Qalatasaray"ı çempion edən Fatih Terimə Çin klubu illik 10 milyon avro təklif edir. Bu anlaşma baş tutsa, türk mütəxəssis Pep Qvardiola və Joze Mourinyodan sonra ən çox qazanan məşqçi olacaq.
"Marca" iddia edir ki, Fatih Terimlə danışıqlar Joze Mourinyo və Kriştiano Ronaldo kimi məşhurların meneceri olan Xorxe Mendes aparır. Hətta türk mütəxəssis çinlilərə Mourinyonun təklif etdiyi bildirilir
MilliYol.Az
Digər xəbərlər
loading...