Müğənni Sevda Yahyayeva yay ilə bağlı planlarını açıqlayıb
Musavat.com-a açıqlama verən ifaçı Türkiyədə istirahət edəcəyini deyib: “Yay ilə bağlı planlarım artıq hazırdır. İşlərimi bitirib istirahətə yollanmağa can atıram. Yay aylarında ancaq istirahət edəcəyəm. Bu il konsert planım yoxdur. Qismət olsa, gələn il konsertə hazırlaşacağam. Yayda Antalyaya və Bodruma gedəcəyəm”.
Müğənni geyim tərzindən də danışıb: “Hər zaman stilistlərim mənim üçün yenilik edir. Geyimlərimi də modelyerlərim seçir, nə verirlərsə, geyinirəm. Dəbi də izləyirəm. Bəyəndiyim və mənə yaraşan libasları sevirəm”.
Müğənni daim pozitiv olmağa çalışdığını da əlavə edib: “Deyirlər ki, qadınlar depressiyaya düşəndə dəyişiklik edir. Məndə elə deyil. Onu deyim ki, mən dəyişiklik edəndə enerjim artır Çalışıram ki, depressiyaya düşməyim, heç vaxt pessimist fikirlərə qapılmıram. Daim pozitiv olmaqda fayda var”.
“Oksana süni mayalanma yolu hamilə qalıb. Siz bu üsulla ana olmaq istərdiniz” sualına ifaçının cavabı belə olub: “Hər kəs övlad sahibi olmaq istəyər. Oksananı süni mayalanma ilə olduğu üçün qınamaq lazım deyil. Öz seçimidir. Əgər həqiqətən bu xəbər düzdürsə, Oksanaya uğurlar arzulayıram. Sağ-salamat övladını dünyaya gətirsin. Çox sevindim. Hər bir qadın övlad sahibi olmaq istəyir. Mənim də ana olmaq arzumdur. Lakin mən ailə qurandan sonra ana olmaq istəyirəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...