“Neftin qiymətinin 80 dollara yaxınlaşmasına baxmayaraq, şirkətimiz ssenari şərtlərini dəyişmir. 2018-ci il üçün neftin büdcə qiymətini 50 dollardan hesablamışıq”
Bunu “LukOil” şirkətinin rəhbəri Vahid Ələkbərov Rusiya mətbuatına müsahibəsində bildirib. O deyib ki, neftin 50 dollardan yüksək qiymətlə satışından əldə edilən gəlirlər sərmayədarlar arasında bölünməklə bərabər, yeni investisiya layihələrinə yönəldiləcək: “Əlbəttə ki, bizim üçün prioritet Rusiya bazarıdır. Hazırda Xəzərdə dəniz yataqlarının qurulmasını və Baltikyanı yataqların inkişafını həyata keçiririk”.
V.Ələkbərov ortamüddətli perespektivdə neftin qiymətinin hansı həddə formalaşacağı yönündə suallara da aydınlıq gətirib. O bildirib ki, neftin hazırkı bazar dəyəri – 80 dollar spekulyativ qiymətdir: “Bu, ABŞ-ın İranla nüvə sazişindən çıxmasından qaynaqlanır. Digər tərəfdən, bu gün ən böyük neft istehsalçısı olan Venesuelada istehsal həcmi ilə kritik vəziyyət yaranıb. Buna görə hesab edirəm ki, ortamüddətli perespektivdə neftin dəyəri 70-75 dollar arasında dəyişəcək”.(oxu.az)
MilliYol.Az
Digər xəbərlər
loading...