Qazaxın icra baçısı Rəcəb Babaşov Vergilər Nazirliyində şalışdığı zaman yol verilən qanun pozuntuları ilə istintaqa cəlb olunacaq
Bu barədə dia.az saytı məlumat yayıb. Sayt yazır ki, Rəcəb Babaşov əvvəllər Vergilər Nazirliyində işləyib və keçmiş VN rəhbəri Fazil Məmmədovun yaxın adamı kimi tanınan Babaşovun adı bir sıra vergi qalmaqallarında da hallanır. Hazırda isə yeni Vergilər Naziri Mikayıl Cabbarovun sabiq nazirin yaxın adamlarının fəaliyyətini araşdırmağa başlayıb və iddia olunur ki, Babaşovun da məhz bu məsələ ilə bağlı istintaqa çəkiləcəyi istisna deyil.
Qeyd edək ki, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı media və internet resurslarında yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalar zamanı ortaya çıxarılan faktlar da kifayət qədər ilgincdir. Belə ki, bu şəxsin adı müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Hətta Qazaxın icra başçısının Eldar Mahmudovun pullarını Almaniyaya çıxarması ilə bağlı iddialar da səsləndirilmişdi.
Xatırladaq ki, Rəcəb Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilməzdən əvvəl Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsində işləyib. “MTN işi”ndə adı dəfələrlə hallandıqdan sonra sabiq Vergilər naziri Fazil Məmmədov tərəfindən Vergilər Nazirliyindən uzaqlaşdırılıb və müammalı şəkildə hamisi Fazil Məmmədovun dəstəyi ilə Qazaxa icra başçısı təyin olundu. Son zamanlar mətbautın yazdığınaa görə isə yaxın vaxtlarda Rəcəb Bbabşov Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən alınacaq.
Ölkə mətbuatının yazdığına görə Vergilər Nazirliyindəki qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə R.Babaşov özünə milyonlarla ölçülən sərvət toplaya bilib. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyardlarla ölçülən əmlakına o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Hətta dövrü mətbautda Rəcəb Babaşova aid olan əmlakların bir hissəsinin siyahısı belə dərc olunub:
– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat;
– Bayıldakı Aran restoranı, Aran kafesi; “077-lər” adlı avtoyuması;
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı;
– əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada milyonlarla dövriyyəsi olan biznesi;
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili
Bütün bu sərvətə nəzər alarsaq görərik ki bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib. Belə deyilsə, bu milyardlar onda hardandır?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
MilliYol.Az
Digər xəbərlər
loading...