"Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əmək haqlarının vergitutmaya cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır"
Vergilər naziri Mikayıl Cabbarov deyib ki, islahatın mahiyyəti vahid əmək haqqına tətbiq olunan vahid vergi yükü müəyyənləşdirilməsini nəzərdə tutur.
"İndi müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, aşağıdır. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əmək haqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir", - deyə M.Cabbarov vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...