Reanimasiya palatasının səssizliyini tibbi avadanlıqların siqnalları ilə pozulur
Diqqətlə qulas asdıqda sakitcə dua və səssiz xahişlər eşidirsən. Bunu çarpayıda hərəkətsiz uzanan kişinin qulağına onun həyat yoldaşı pıçıldayır. "Bizi buraxma, eşidirsən, sən bizə lazımsan, mənə, uşaqlara, doğmalarına. Biz hamımız səni sevirik”...
Fərhad Ağayev reanimasiyada
Bakının 33 yaşlı sakini Fərhad Ağayev bilmirdi ki, şənbə gecəsi onun həyatında dərin iz buraxacaq. O, gənc, sevimli həyat yoldaşı, üç övladın atası düşünmürdü ki, mayın 20-də qonşusu avtodayanacaqda yerə görə onu reanimasiyaya göndəcək və həkimlər də onun həyatını xilas etməyə çalışacaq.
"Ölkə.Az" xəbər verir ki, 1news.az redaksiyasına Fərhad Ağayevin qohumları müraciət edərək, baş verən dəhşətli hadisənin bütün təfərrüatlarını bölüşüblər.
Zərərçəkmiş Fərhad Ağayev
...Qohumlarının sözlərinə görə, F.Ağayev ailəsilə birlikdə akademik Həsən Əliyev küçəsi 1061-cı məhəllə ünvanına 10 il öncə köçüblər. Bütün bu illər ərzində o, maşının həmişə eyni yerdə saxlayıb. Həmin yer yaşayış kompleksinin komendantı tərəfindən də təsdiqlənib. Bir neçə il öncə qonşu binaya Mehdiyevlər ailəsi köçür. Ailənin yeganə oğlu Anar Yaşar oğlu Mehdiyev Fərhadı park yerindən sıxışdırmağa çalışır. "Anar Mehdiyev ailənin yeganə oğlu olduğu üçün düşünür ki, o hər şey edə bilər, ona hər şey etməyə icazə verilib. İşləmir, bütün günü küçədədir, içir, qeyri-adekvat və aqressiv xarakterli insandır. Anası dövlət doğum evində ginekoloq, atası isə əvvəllər məmur olub, hazırda isə təqaüdçüdür. Anarın 3 maşını var. Qardaşım maşın saxladığı yerdə 2 qarajı da var. Üçüncü maşınını saxlaması üçün parklanma yeri də var. Lakin Anar gələn kimi Fərhadı sıxışdırmağa çalışırdı. Açıq surətdə qardaşıma deyirdi ki, ona məhz həmin yer lazımdır. Ona Mercedes-Benz Gelandewagen (90-DZ-003 dövlət nömrə nişanlı) alıblar və o, açıq surətdə qardaşımı yerindən sıxışdırmağa çalışırdı.
Anar Mehdiyev və avtomobil
Anar yaşayış kompleksinin rəhbərliyinə xəbərdarlıq etmədən ümumi parklanmaya səyyar metal mane quraşdırır ki, heç kəs onun "sevimli parklanma yerində” maşın saxlaya bilməsin. Təbii ki, Fərhad da həmin yerdə maşın saxlaya bilmirdi. Bu cür səyyar maneələr hərəkəti məhdudlaşdıraraq təhlükəsizlik qaydalarını pozur, binanın təxliyyə və istismarına maneçilik törədir. Binadakı bütün sakinlərin Mənzil İstismar İdarəsi, Fövqəladə Hallar Nazirliyi və polsə müraciətindən sonra, Mehdiyevlər metal maneəni yığışdırmağa məcbur olur.
MilliYol.Az
Digər xəbərlər
loading...