Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Normativ hüquqi aktlar haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb
APA-nın məlumatına görə, komitə sədri Əli Hüseynli bildirib ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı təxminən 50-yə yaxın qanuna dəyişiklik etmək zərurəti yaranıb.
O qeyd edib ki, bu dəyişikliklər növbəti iclaslarda mərhələ ilə müzakirəyə çıxarılacaq. Komitə sədri bildirib ki, yeni qanun layihəsinin işlənməsi üçün “Normativ hüquqi aktlar haqqında” qanunda məhdudiyyətlər yarandığına görə bura yeni bir maddə əlavə edilməsi təklif edilib.
Təklif edilən 5.4-cü maddədə bilirilir ki, "Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” qanun ilə müəyyən edilmiş hallarda bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir”.
Komitə sədri bildirib ki, bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə 6 ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev layihənin əleyhinə çıxıb. O qeyd edib ki, “Ələt iqtisadi zonası haqqında” qanun qəbul ediləndə də bu layihənin əleyhinə olub. Millət vəkili buna səbəb kimi layihədəki bəzi müddəaların Konstitusiyaya zidd olduğunu göstərib. Deputat eyni səbəbdən bu dəyişikliyin də əleyhinə olduğunu bildirib.
Millət vəkili Rəfael Cəbrayılov isə bildirib ki, bu qanun layihəsi Konstitusiyaya zidd deyil. O qeyd edib ki, burada əsas mübahisə əmək müqaviləsi ilə bağlıdır ki, bu məsələ hüquqi sferada digər sənədlərlə tənzimlənir: "Mübahisə yarandığı halda hər kəsin məhkəmədə bunu həll etmək hüququ var".
Digər deputatlar müzakirələr zamanı öz təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...