Wasse Sadrak (Misir), 24.05.2018
Qüdrətli “Armata” tankı, beşinci nəsil F-35 qırıcısı: qızğın silahlanmanı inkar edərək yenə də F-15 və Su-57-nin qarşıdurmasını izləməyi davam etdiririk. Amma, budur, ən yeni işləmələr bu ölkələrə gərək deyil: Madaqaskara 12 tank tam bəs edir, Monqolustan isə istənilən halda öz qonşularını – Rusiya və Çini heç cür dəf edə bilməyəcək.
Bu, yalnız adı qalan orduların antireytinqidir
Tanzaniya. “Qlobal faer pauer” saytının məlumatına əsasən, bu orduda cəmi 30 tank, 350 ədəd zirehli texnika və 32 təyyarə var
Madaqaskar Tanzaniyadan sonra ikinci yeri tutur: 12 tank, 103 ədəd zirehli texnika və 20 təyyarə.
Mozambik: 96 tank, 335 ədəd zirehli texnika, 4 təyyarə və 8 hərbi kater.
Litva ordusunda bir tank da yoxdur, amma 612 ədəd zirehli texnika, 10 təyyarə və 12 kater var.
Uruqvay: 79 tank, 474 ədəd zirehli texnika və 60 təyyarə.
Panamada bir tank da yoxdur, amma 100 ədəd zirehli texnika, 20 təyyarə və 20 dəniz kateri var.
Panamadakı kimi Kamerunda da tank yoxdur və zirehli texnika sayı bir o qədərdir – 100 ədəd. Lakin təyyarə və kater çoxdur – bu texnikanın hər növündən 30 ədəd
Məlumdur ki, Filippin üçün əsas təhlükə Cənubi Çin dənizində süni adalar quran Çindən qaynaqlanır. Lakin Filippinin artıq 60 ildən çox var olan donanması və HHQ ölkənin dəniz sərhədlərini Çinin artan nüfuzundan qorumaq iqtidarında deyil.
Monqolustan Rusiya və Çinlə həmsərhəddir. Ölkənin coğrafi durumu silahlı qüvvələrin azalması və HHQ-dən imtinaya səbəb olub: Monqolustan nə Rusiyaya, nə də Çinə müqavimət göstərə bilər və dövlətlər arasında savaş başlasa, münaqişə tərəflərindən biri Monqolustanı ələ keçirəcək.
Kosta-Rika silahlı qüvvələri olmayan dövlətdir. Bu, yoqayla məşğul olmaq üçün bura gələn varlı əcnəbilərin dövlətidir.
MilliYol.Az
Digər xəbərlər
loading...