Rusiya prezidenti Vladimir Putin Şimali Osetiya – Alaniya Respublikasının rəhbəri vəzifəsinə bir neçə namizədin adını açıqlayıb.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, namizədlərdən biri ölkəni müvəqqəti olaraq idarə edən Vyaçeslav Bitarov, digəri Şimali Osetiya parlamentinin Elm Kkomitəsinin sədri Yelena Knyazeva və parlamentin vitse-spikeri Qariya Kuçiyevdir. Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edək ki, Şimali Osetiya- Alaniya Respublikasının rəhbəri postuna və seçkilər sentyabrın 18-də keçiriləcək. Həmin gün Dövlət Dumasının deputatları da təyin olunacaqlar.
MilliYol.Az
Digər xəbərlər
loading...