“Prezident İlham Əliyev səhvini başa düşüb bağışlanmasını istəyən vətəndaşlara yenə qayğı göstərdi”
Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam dövlət başçısının humanizm siyasətinin növbəti göstəricisidir.
Bu barədə Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu vaxta qədər Prezident İlham Əliyev dəfələrlə əfv sərəncamı, amnistiya aktı imzalayıb:
"Nəticədə minlərlə məhkum azadlığa qovuşub, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu sərəncamlarla minlərlə ailə sevinib. Prezident vaxtilə cinayət törədən və səhvlərini başa düşüb bağışlanmasını istəyən vətəndaşlara qayğısını göstərir. Həmin şəxslər də bu qayğını dəyərləndirəcək və bağışlandığını dərk edib təkrar cinayət törətməkdən çəkinəcəklər".
Millət vəkili qeyd edib ki, bu sərəncam, həmçinin vətəndaşın dövlətə, Prezidentinə etimadının daha da artmasına yönələn bir addımdır: "Bütövlükdə Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin bu addımlarını həmişə yüksək qiymətləndirib və dövlət başçısına minnətdarlığını bildiriblər. İnanıram ki, budəfəki sərəncamla azadlığa buraxılan şəxslər də bundan sonra Azərbaycanın nümunəvi vətəndaşları olacaqlar".
Qeyd edək ki, dünən Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...