Polşada klinik psixologiya üzrə magistr təhsili alan Rövşən Süleymanov 2576 şəxs arasında apardığı sorğunun nəticələrini edib.
MilliYol.Az xəbər verir ki, sorğunun əsas məqsədi Azərbaycan gənclərinin hansı mövzularda mühazirələr dinləmək, müzakirələr aparmaq, onların maraq dairələrini, gələcək planlarını öyrənmək olub. Sorğuda 16 açıq və dörd qapalı sual olmaqla toplam 20 sual təqdim olunub.
Araşdırmada toplam 2576 nəfər iştirak edib: "Bunlardan 2079-u sorğudakı sualları internet vasitəsilə, 497 nəfər isə sorğunu qələm və kağız vasitəsilə doldurub. Respondentlərin bir hissəsi sorğunu sonadək bitirməmişdirlər və yekun olaraq sorğunu sonadək cavablandıran 2175 respondentdən 27 nəfəri 18-35 yaş aralığına aid olmadıqları üçün nəticələrin analizi zamanı kənarlaşdırılmışlar. Yekunda statistik analiz üçün 18-35 (M=22.83; SD=3.59) yaş arası 2148 nəfər sualları cavablandımışlar. Onlardan 923 nəfər (43%) qadın, 1212 nəfər (56.4%) kişi və 13 nəfər başqa cinsdən olan (0.6%) iştirakçılar təşkil etmişdir" –deyə Süleymanov bildirib.
Sorğu iştirakçılarından 1156 nəfər (53.8%) azərbacanlıların təhsil, intllektual və mədəni səviyyəsindən 0-100% şkala üzərindən 0-25% aralığında razılıqlarını bildirib.
Sorğuda iştirak edənlərin 380 nəfəri (17.7%) qida, qalacaq yer, istirahətə olan ehtiyaclarının 0-25% arasında təmin olunduğunu, 714 nəfər (33.2%) isə bu ehtiyaclarının 25-50% arasında təmin oldunduğunu bildiriblər. İştirakçıların 449 nəfəri (23.2%) özlərini yaşadıqları yerdə 0-25% rahat hiss etdiklərini, 641 nəfəri (29.8%) isə 25-50% arası rahat hiss etdiklərini qeyd ediblər. Daha sonra 1257 respondent (58.7%) seksual ehtiyaclarının 0-25% arası ödəndiyini qeyd ediblər. Bundan əlavə olaraq sorğunu cavablandırmayan iştirakçılardan 300 respondent bu suala cavab verməkdən yayınıblar. 799 respondet (37.7%) ailə, dost-tanışla münasibətlərdən 50-75% arası, 533 nəfər (24.8%) isə 75-100% məmnun olduqlarını qeyd ediblər. ‘Özünüzü həyatda nə qədər reallaşdımısınız, nə qədər olmaq istədiyiniz insansınız?’ sualına isə 725 nəfər (33.8%) 25-50%, 702 nəfər (32.7%) isə 50-75% arası cavabını verib.
İnsanların inkişafa münasibətləri iki qapalı sualla müəyyən edilib. İnkişafa yol açan yalnız adət-ənənələrə zidd olan fikirləri həyata keçirmək lazımdırmı sualına 1630 respondent (75.9%) lazımdır, 169 respondent (7.9%) lazım deyil, 349 respondent (16.2%) isə bilmirəm cavabını verib. İnkişaf etmək üçün nədən yapışmalıyıq sualına isə 1921 respondent (89.4%) elmdən, 9 respondent (0.4%) adət-ənənələrimizdən, 80 respondent (3.7%) dindən cavabını verib. Bu suala cavab olaraq 138 respondent (6.4%) bu işin yalnız Tanrıdan asılı olduğunu bildirib.
İştirakçılardan işimizin uğurlu olması əsasən nədən asılıdır soruşulub və respondentlərdən 1467 nəfər (68.2%) bu suala şəxsi iradə və zəhmət cavabını veriblər. Respondentlərdən 390 nəfər (18.2%) işin uğurlu olmasının Tanrıdan asılı olmasını, 205 nəfər (9.5%) 54 nəfər (2.5%) başqa faktorladan və nəhayət 32 nəfər (1.5%) böyüklərin xeyir duasından asılı olduğunu qeyd ediblər.
Sorğu iştirakçılarının Azərbaycan gənclərinin proqressiv hissəsi olduğu görsənir. Bu hissənin 1921 (53.7%)-i yaşadıqları yeri tərk etməyi düşünür və 504 respondent (25.1%) bu haqda qərarsız olduğunu bildirib.
Fotolar
Digər xəbərlər
loading...