Rusiyada şirinləşdirilmiş qazlı suların, enerji içkilərinin, eləcə də kolbasa və sosiskaların reklamına məhdudiyyət qoyula bilər
Bununla bağlı Dövlət Dumasının səhiyyə komitəsi təklif irəli sürüb.
Duzlu və yağlı məhsulların reklamının da azaldılması təkliflər arasındadır.
Komitə qazlı içki istehsalçıları üçün vergilərin artırılması və bu məhsullara aksizlərin tətbiq olunmasını təklif edib.
Azərbaycanda da adıçəkilən məhsulların ziyanlı olması ilə bağlı məlumatlar mətbuatda dəfələrlə yer alıb. Buna baxmayaraq, onların istehlakında hər hansı azalma halları müşahidə olunmur. Reklamlara gəldikdə, bu və digər insan orqanizmi üçün zərərli qidaların reklamlarının nəinki azalması, hətta artması göz önündədir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda azad, liberal bazar şəraitində adıçəkilən məhsulların reklamları ilə bağlı məhduddiyətlərin qoyulacağını düşünmür:
“Çünki, bu məhsullardan dəfələrlə zərərli olan Coco-Cola, Pepsi-Cola, daha zərərli olan energetik içkilər Azərbaycanda reklam olunur. Belə bir şəraitidə kolbasa, sosiskanın reklamına qadağa qoyulacağını gözləmirəm. Amma, bizim kimi təşkilatlar işlər aparmalıdırlar ki, gənclər, uşaqlar bu cür qidalardan uzaq olsun”.
Eyyub Hüseynov deyir ki, istehlakçılar bilməlidirlər ki, birmənalı şəkildə qazlı içkilər ziyanlıdır:
“Təsadüfi deyil ki, 4 il bundan öncə “məktəb bufetləri standartı” yaradıldı və bufetlərdə qazlı içkilərin satışı qadağan edildi. Qazlı içkilərlə yanaşı çipslər, ədviyyatlı çubuqlar və digər mallar da qadağan edildi”.
Kolbasa-sosiskaya gəlincə, istehlakçı hüquqlarının müdafiəçisi deyir ki, ölkədə satılan bəzi kolbasa-sosiska məhsulları standartlara uyğun olsa da, satışda olan 60 faiz məhsul standartlara uyğun deyil:
“Bura dönərləri də daxil etmək olar. Dönərlərin 65 faizi standartlara uyğun olmayan şəritdə hazırlanır və satılır. Azərbaycanda qidaların təhlükəsizliyinin təmin olunmasına cavabdeh olan Qida Təhlükəsizliyi Agentliyi bu sahədə iş aparmalı, bunun üçün içtimai təşkilatlar, kütləvi informasiya vaistələri ilə sıx əməkdaşlıq etməlidir. Təəssüflər olsun ki, ölkə prezidentinin sərəncamı ilə dövlətə xidmət məqsədilə təyin olunan şəxslərin tez bir zamanda ayaqları yerdən ayrılır və göylərə qalxırlar”.
Digər xəbərlər
loading...