Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Təbrik mətnində deyilir:
“Mayın 28-də qeyd edilən Respublika Günü münasibətilə Sizi və Sizin vətəndaşlarınızı öz adımdan və həmvətənlərim adından səmimi qəlbdən təbrik edirəm.
Biz ötən il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdik. 2018-ci ildə də biz əlamətdar bir ildönümünü qeyd edirik: 200 il əvvəl ilk alman mühacirləri Azərbaycana gəlmişlər.
Bu da ölkələrimizi birləşdirən dərin köklərin olmasının sübutudur. Almaniya gələcəkdə də Azərbaycan ilə dostluq bağlarını gücləndirməyə və əməkdaşlığımızı intensivləşdirməyə səy göstərəcəkdir.
Birgə iqtisadi maraqlarımızla yanaşı, biz xüsusilə energetika sahəsində siyasi dialoqu inkişaf etdirmək və mədəni əməkdaşlığı genişləndirmək istəyirik.
Biz Avropa İttifaqı ilə ölkəniz arasında əlaqələri yeni sazişə əsaslanan müstəvi üzərində qurmaq istəyirik. Avropa Şurasında və ATƏT-də əməkdaşlığımızı davam etdirməyimiz arzuolunandır.
Sizə xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm”.
Digər xəbərlər
loading...