Beynəlxalq Cinayət Məhkəməsi Fələstinin müraciətindən sonra Qüds və Qəzzada yaşanan qətliama dair ilkin araşdırma başladıb
Axar.az xəbər verir ki, bu barədə BCM-in Baş prokuroru Fator Bensuda danışıb.
“Əgər mənə verilən sənəddə araşdırma dəyəri daşıyan məlumatlar görsəm, tədqiqat başladılmasına qərar verəcəyəm. O zaman araşdırma başladılması üçün prokurorun məhkəmədən icazə almasına ehtiyac olmayacaq”, – Bensuda bildirib.
Məsələni qiymətləndirən türkiyəli professor Kamal İnad hadisələrdə iştirak edən əsgərlərin mühakimə oluna biləcəyini deyib: “İsrail təşkilatı tanımasa belə, Fələstin BCM üzvüdür. Məhkəmənin müqaviləsinə əsasən, bir ölkə BCM-in mühakimə hüququnu tanımasa belə, tanıyan bir başqa ölkə torpaqlarında işlənən bir cinayətə qarışarsa, BCM-də ittiham oluna bilər. Dolayı yolla desək, fələstinli sivillərə qarşı işlədikləri cinayət əməllərinə görə İsrail əsgərləri cəzalandırıla bilər”.
MilliYol.Az
Digər xəbərlər
loading...