"Neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır"
Bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq kredit agentliyinin vitse-prezidenti Denis Perevezentsev deyib.
“Neft bazarı tarazlığa doğru hərəkət edəcək, lakin tələb və təklif balansı qeyri-sabit olaraq qalır. ABŞ-da şist neftinin istehsalı və “OPEC +” razılaşması bazara təsir edən əsas amillərdən sayılır. Buna baxmayaraq neft bazarı sabit qalmaqdadır", - deyə D. Perevezentsev vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya, "OPEC+" ölkələrinin xeyrinə olacaq.
"Moody`s"in mütəxəssislərinin proqnozlarına görə, 2019-cu ildə neftin bir barelinin qiyməti 45-65 dollar civarında olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...