Gömrük sisteminin ünlü simalarından olan və hazırda özünə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun "Gilan"ında yer tapan keçmiş broker Əbülfəz Məlikovla bağlı ilginc məlumatlar yayılıb
Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, adı bir çox işlərdə hallandırılan Əbülfəz Məlikov əslində yeni təyin olunmuş Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev tərəfindən heç vaxt sevilməyib və bunun da nəticəsidir ki, Səfər Mehdiyev gəldiyi ilk gündən etibarən Əbülfəz Məlikova qarşı tədbirlərini görməkdədir.
Mənbənin dia.az-a söylədikləri: "Dünənə qədər ölkədə satışı təşkil olunan aksissiz tütün məmulatlarının arxasında Əbülfəz Məlikov və onun şəbəkəsi dayanırdı. Hətta gömrükdə ayrı-ayrı sahibkarlardan müsadirə olunan siqaretlər də Məlikovun şəbəkəsinə ötürülürdü və bu xəttlə sonradan satışı təşkil olunurdu. İndi isə belə bir hal mövcud deyil və Əbülfəz Məlikov qanunsuz siqaret bazarından tam olaraq çıxarılıb".
Mənbə bildirir ki, amma yeni dönəm də başlayacaq: "Təbii ki, "müqədəs yerlər" boş qalmır və Əbülfəz Məlikovun məlum siqaret biznesi də əl dəyişdirəcək. Hələlik yenisi qurulmadığından bazar boş görünür. Amma bu da müvəqqətidir və qısa zamanda Səfər Mehdiyevin adamları bu bazarda görünəcəklər".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...
MilliYol.Az
Digər xəbərlər
loading...