Müstəntiqlər Rusiyada Aslan Qaqievin ən böyük və amansız mütəşəkkil dəstəsinin cinayətlərini araşdırmaqda davam edir. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu dəfə Qaqievin killerləri sırasında olan 45 yaşlı erməni Sergey Beqlaryanın qətliamının motivini müəyyənləşdirmək mümkün olub.
O, ölümündən əvvəl bəyan edib ki, “işindən ayrılmaq” istəyir və bizneslə məşğul olacaq. Təbii ki, bu Qaqievə sərf etmirdi. Beləliklə, Beqlaryan özü-özünə ölüm hökmü çıxarır.
Beqlaryanın qətliamının səbəbləri barədə Qaqievin dəstəsinin işi üzrə saxlanılanlar danışıblar. Onlar öldürülənin qruplaşmada uzun illər əsas killer olduğunu təsdiqləyiblər.
Haqq-hesab çəkilməsinin əsas səbəbi isə Beqlaryanın keçmiş “bossu”nun işi ilə bağlı həddindən artıq çox şey bilməsi olub. Qaqiev ona yaxın olan keçmiş adamın onun dəstəsi ilə rəqabətdəki digər qruplaşmalara informasiyaları ötürməsindən, bunun isə ümumiyyətlə dəstənin mövcudluğuna təhlükə törədəcəyindən ehtiyatlanıb.
2012-ci il oktyabrın 2-də gecə “Toyota Land Cruiser” Kronştadt bulvarında atəşə tutulub. İki killer onu 30/4 nömrəli evin yaxınlığında gözləyib. 45 yaşlı Beqlaryanın avtomobili həyətdə görünəndə Kalaşnikov avtomatından atəş açılmağa başlayıb.
Beqlaryan oradan uzaqlaşmağa cəhd edib, ancaq kənarda dayanan avtomobilə çırpılıb, killerlər onu orada yaxalayaraq yüzə yaxın atəş açıblar. Beqlaryan yerindəcə keçinib.
Xəfiyyələr bildiriblər ki, qətl o dərəcədə qəddarcasına törədilib. Buna səbəb kimi öldürüləndən ehtiyat edilməsi, yaxud qətlin nümayişkaranə törədilməsin ola bilərdi.
Sergey Beqlaryanın evində axtarış zamanı əməliyyatçılar tam bir silah saxtapançaları, lanıcı tapıblar. Onların arasında Steçkin, Makarov tapançaları, eləcə də döyüş qumbarası və çoxlu sayda sursat olub.
MilliYol.Az
Digər xəbərlər
loading...