“Televiziya kanallarının çoxluğu ölkədə sağlam rəqabət mühiti yaratmayıb. Səviyyəli, baxıml verilişlərin sayı çox azdır. Efirdən evlərə aqressiya süzülür”
Moderator.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Seymur Verdizadə bu gün Space TV-də efirə gedən “Yerimdəyəm” verilişində deyib. Əməkdar artist Çingiz Əhmədovun müəllifi olduğu verilişin qonağı olan Seymur Verdizadə televiziya aparıcılarının fəaliyyətini sərt tənqid edib: “Bəzi televiziya aparıcıları özlərini hamıdan ağıllı hesab edirlər. Ekran qarşısında əyləşmiş tamaşaçını uşaq yerinə qoymaq qolmaz. Reytinq azarı peşəkar fəaliyyəti arxa plana keçirib. Psixi xəstə olan insanları efirə çıxarıb, onların hesabına reytinq qazanmaq heç bir televiziya aparacısına başucalığı gətirmir. Yerli telekanallar özlərinin yayın siyasətinə yenidən baxmalıdırlar”.
Jurnalist daha sonra bildirib ki, televiziya aparıcıları bir çox hallarda ifadələri düzgün seçməyi bacarmırlar: “Efirdə arvadını axtaran adamı tamaşaçıya qəhrəman kimi sırıyırlar. Qəhrəman bir bölük düşmənin üstünə təkbaşına gedən Mübariz İbrahimovdir. Qəhrəman 2016-cı ilin aprel döyüşlərində sinəsini erməni gülləsinə sipər edən polkovnik Vüqar Yusifovdir, polkovnik-leytenant Murad Mirzəyevdir. Hansısa televiziya aparıcısı özünə hörmət eləməyə bilər. Amma qəhrəmanlarımıza və qəhrəmanlıq anlayışına hörmət etməyə borcludur”.
MilliYol.Az
Digər xəbərlər
loading...