ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya nəzərdə tutulan səfərinin müddətini qolf oynamaq üçün uzada bilər
Virtualaz.org “Sky News”a istinadən xəbər verir ki, amerikalı lider bu ehtimalı nəzərdən keçirir və Britaniyada birlikdə qolf oynamaq üçün ən məşhur idmançılardan, yaxud qolf oynamağı bacaran məşhurlardan birini ora dəvət etməyi planlaşdırır.
Hələlik Trampın səfərinin təfərrüatları açıqlanmayıb. Gözlənildiyinə görə, o, kraliça ilə birlikdə çay içəcək, baş nazir Tereza Meylə şam edəcək və baş nazirin Çekers şəhərkənarı iqamətgahına baş çəkəcək.
Bildirildiyinə görə, Trampın bir neçə şəxsi qolf-klubu var və bunlardan biri Şotlandiyada yerləşir. Trumpgolfcount.com postalının məlumatına görə, prezident vəzifələrinin icrasına başladığı vaxtdan bəri Ağ Evin rəhbəri 103 dəfə qolf oynayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...