Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 23 may 2018-ci il
Bir müddətdir ki, yevangelistlərin neokonlarla olan ittifaqının Vaşinqtonu və Ağ Evi necə təslim etdiyini anladıram. Bu artan güc qurulu nizamın – isteblişmentin qəbul etdiyi bütün dəyərlərə də hücum edirdi. Misal üçün, prezidentlərin səfirliyi Qüdsə daşıma səlahiyyəti həmişə mövcud olub, lakin bunun Trampın gəlişinədək icra edilməməsi bu qurulu nizamın pərdə arxasında gördüyü işlərlə bağlı idi.
Türkiyə düşməni olan yevangelist-neokon ittifaqının yüksəlişi davam edərkən, Amerika yəhudi camaatından da buna sərt reaksiya yüksəlməyə başlayıb. Anlayacağınız odur ki, ölkənin dərin dövlət mexanizmlərinin daxilində mövcud olan yəhudi camaatı bölünmüş vəziyyətdədir.
Bu duruma diqqəti ilk olaraq özü də mübarizənin bir tərəfi olan “New York Times“ qəzeti çəkib. Qəzet yevangelist-neokon ittifaqına verilən ilk reaksiyanın ABŞ səfirliyinin Qüdsə köçürülməsinin qeyd edildiyi dəvətdə görüldüyünü vurğulayıb.
Diqqəti səfirliyin açılış dəvətinə Demokrat Partiyasından heç bir təmsilçinin qatılmadığına çəkən qəzet, bunun yəhudi camaatının liberal kəsiminin yevangelistlərə duyduğu qəzəbin bir göstəricisi olduğunu anladıb.
Rahibə reaksiya böyükdür
Həqiqətən, camaatın bu kəsimi açılış mərasiminə ABŞ-dan Trampın dostu milyarder Şeldon Adelson tərəfindən gətirilən, yevangelist din adamı olan Robert Cefresin çıxış etməsinin əslində yəhudilərə bir təhqir olduğunu, lakin Netanyahu və Tramp əməkdaşlığının yönləndirdiyi yevangelist-neokon ittifaqının öz bildiyi yolda yürüdüyünü və buna bir “dur” deyilməsinin lazım olduğunu söyləyir.
Qəzet xəbərində Netanyahunun İsraildəki mərasimdən həmən sonra Amerikadakı yevangelistlərin liderlərini arayaraq, perspektiv strategiya haqqında danışdığını yazıb. Netanyahu o telefon danışığında din adamlarından ABŞ-dan sonra Qüdsdə yeni səfirlik aça biləcək ölkələrin hansılar ola biləcəyini soruşub. Onlar da özlərinin güclü olduğu bəzi Latın Amerikası ölkələrinin adlarını veriblər. Həqiqətən də, yevangelistlər Qvatemala, Paraqvay və Hondurasda çox güclüdürlər. Ona görə də Qvatemala və Paraqvay da səfirliklərini Qüdsə köçürdü.
İndi nə baş verir?
Göründüyü kimi, yevangelist tərəfdarı olan mühafizəkar yəhudilərlə liberal yəhudilər arasında bir daxili müharibə başlayıb. Yevangelistlərlə işləyən mühafizəkar yəhudilərin sayları çoxdur və seçici bazası güclüdür, lakin liberallar da iş dünyasına və mediaya nəzarət edirlər.
Liberal yəhudilər Demokrat Partiyası daxilində daha çox təsirə malikdirlər, bu üzdən də səfirlik mərasiminə bu partiyadan heç kim qatılmadı. Konqresə ara seçkilər dövründəyik və nəzarətin Demokrat Partiyasına keçməsi ehtimalı da yüksəkdir. Bu olmasın deyə, yevangelistlər var güclərilə seçici bazası ilə işləyirlər, liberallar da buna mediya dəstəyilə cavab verməyə çalışırlar.
Əgər Konqresdə nəzarət Demokrat Partiyasına keçərsə, bunun ABŞ xarici siyasətinə xeyli önəmli təsirləri olacaqdır. Görünən odur ki, yevangelist-neokon ittifaqı, ən azı, bir zərbə yeyəcək.
Qəzet nə üçün tərəf tutur?
Nyu Yorkda Manhettendəki “Central Park”ı mərkəz olaraq qəbul etsək, qərb tərəfi daha çox köklü liberal yəhudilərin sıx yaşadığı bölgədir. Şərq tərəfi isə daha qarışıqdır və yeni nəslin yaşadığı bir yerdir.
“New York Times“ ənənəvi olaraq şəhərin “West Side” (ingiliscə Qərb tərəfi – tərc.) adlandırılan bölgəsinin həssaslıqlarını siyasətdə qoruyur. Qəzetin sahibləri də yəhudi olduqları üçün bu dairə ilə əlaqəlidirlər. Xülasə, “New York Times“ qəzeti liberal yəhudi dairələrinin sözçüsü kimi çıxış edir.
Yevangelist-neokon ittifaqına ən sərt reaksiyanı da bu qəzetin verəcəyi son xəbərlə bəlli olub. Liberal yəhudilər İsraildə Netanyahuya qarşı duran sosialist-liberal dairələrlə və dünyəvi yəhudilərlə də yaxşı münasibətdədirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...