Cümşüd İsmayılovun özəl qaydaları Pirallahıda narazılıq yaradıb
Pirallahının polis rəisi rayonda ticarətlə məşğul olan sahibkarlara aylıq “haqq” qoyub. Rəisin tələbini yerinə yetirməyənlər onun nəzarəti ilə müxtəlif üsullarla cəzalandırılır.
2015 – ci ildə Daxili İşlər nazirinin əmri ilə Pirallahı rayon Polis Şöbəsinə rəis təyin olunan Cümşüd İsmayılovun qanunsuz əməlləri ilə bağlı Realliq.info saytına şikayətlər daxil olub. Məlumatda qeyd olunur ki, rayonda ticarətlə məşğul olan sahibkarlara aylıq “haqq” qoyulub. Rəisin tələbini yerinə yetirməyənlər onun nəzarəti ilə müxtəlif üsullarla cəzalandırılır. Baş verən qanunsuzluqla bağlı Daxili İşlər nazirinə müraciət edən sahibkarlar və sadə vətəndaşlar Cümşüd İsmayılovun cəzalandırılmasını istəyiblər.
Bir müddət öncə ölkə mediasında Pirallahı Polis şöbəsinin rəisi haqqında bir sıra məlumatlar yayımlanmışdı. Həmin məlumatlarda C.İsmayılovun sadə vətəndaşların torpaqlarını zəbt etməsi və qardaşı ilə birləşərək rayonda böyük biznes qurması yer almışdı. Realliq.info – nun apardığı araşdırmalar zamanı məlum olub ki, İsmayılov qardaşları rayonda böyük narazı kütlə formalaşdırıblar. SOCAR – ın vitse-prezidenti Mikayıl İsmayılovun qardaşı olan rəisin şöbədə narazı insanları qəbul etməməsi də adiləşib.
Pirallahıda balıqçılıqla məşğul olan şəxslər də Cümşüd İsmayılovun “hörmətini” etməlidir. Əks təqdirdə şöbə rəisi müxtəlif adlarla vətəndaşların bu yolla çörək qazanmasının qarşısını ala bilir. (Realliq.info)
MilliYol.az
Digər xəbərlər
loading...