“Azərbaycanda çox vaxt yetkinlik yaşına çatmayanlarla bağlı cinayətlərin sayı şişirdilir”
APA-nın məlumatına görə, bunu Milli Məclisdə keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyi Baş ictimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov bildirib.
O qeyd edib ki, son 5 ildə yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinayətlərin sayında artım yoxdur: “Çox təəssüf ki, bu faktlar mediada şişirdilir”.
DİN rəsmisi yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqla bağlı faktların da şişirdildiyini bildirib. Onun sözlərinə görə, son 5 ildə bu statistikada artım yoxdur: “Təbii ki, dünyada cinayətlər var və Azərbaycan da dünyanın bir hissəsidir. İndiki zamanda hamımıza məlumdur ki, internet çox geniş yayılıb və hər bir uşaq internetdən rahat istifadə edir. Bəzən o fəsadlar da internet vasitəsilə yayılır”.
DİN rəsmisi onu da bildirib ki, son vaxtlar Azərbaycanda uşaqlar arasında aqressiya, psixoloji gərginliyin artmasına səbəb xaricdən daxil olan internet oyunları, o cümlədən digər vasitələrdir: “Bu artıq ciddi narahatlıq doğuran fakta çevrilib”.
MilliYol.Az
Digər xəbərlər
loading...