Azərbaycan Respublikası Prezidentinin əyalətlərin abadlaşdırılması ilə bağlı verdiyi hər bir sərəncamı biz əyalətlərdə yaşayan insanlar sevinclə qarşılayırıq
Bu istiqamətdə ölkə başçısı əlindən gələni edir. Növbəti dəfə Prezident seçildikdən sonra kadr islahatlarını uğurla həyata keçirən cənab Prezidentə əyalətlərdəki "məmurcığazlar" yarıtmaz əməlləri ilə mane olurlar.
Onlar cənab Prezidentin əyalətlərə Prezident Fondundan ayırdığı vəsaiti mənimsəyir, özbaşınalıqlar edirlər. Onlara irad tutanda bildirirlər ki, "Hamı ölkənin pulunu mənimsəyir, biz də mənimsəyirik".
Belə halla bu günlərdə Cəlilabad rayonun Soyuqbulaq kəndində qarşılaşan kənd camaatı etirazlarını yuxarı təşikatlara bildirsələr də, cavab verən yoxdur. Söhbət Göytəpə-Soyuqbulaq yoluna ayrılan iki milyon yarım pul vəsaitdən gedir. Bu yolun abadlaşdırılması ilə bağlı ayrılan vəsait artıq mənimsənilməkdədir. Yolun asfaltlaşdırılması ilə məşğul olan təşkilat yolun çəkilişində saxtakarlığa yol verməklə bərabər, keyfiyyətsiz iş görür və yolun asfaltlaşdırılması üçün ayrılmış dövlət pulunu yarlmçıq iş görməklə mənimsəyirlər. Layihədə nəzərdə tutulmuş yol üçün ayrılmış vəsait hesabına başqa işlərlə məşğuldurlar.
Soyuqbulaq kəndinin içərisini tam bərbad vəziyyətə salıblar. Məsələn su keçən yolları turba qoyub düzəltmək əvəzinə, əhalinin bəzilərinin qapısının və həyətyanı sahəsinin qabağından su yolu adı ilə xəndəklər qazıb evdən çölə çıxmağa imkan vermirlər. Həmin vəsait hesabına isə layihədən kənar hansı məqsədləsə başqa istiqamətdə yol çəkilir. Bizim şikayətə baxan yoxdur.
Yola nəzarəti Azərbaycan Avtomobil Yolları Dövlət Departamentinin 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov adlı bir şəxs həyata keçirir. O, yerli İcra nümayəndəsi və bələdiyyə sədri ilə "dil" tapdığından istədiyi hərəkətə yol verir. Biz ona müraciət etdikdə belə dedi: "Prezidentin ayırdığı pulları "yuxarıdan" yeyirlər, bizə vermirlər. Mənə hələ sağ ol deyin ki, bu yolu çəkirəm".
Biz bununla bağlı Cəlilabad rayon İcra hakimiyyətinə zəng etdik. Onlar bir dəfə işə qarışdllar. Onda nisbətən ehtiyat edib, bəzi dəyişikliklər etdilər. Amma görünür ki, sonradan kimlərsə İcra hakimiyyətinə təzyiq etdi və bizi artıq eşitmirlər. Bizim yuxarılara vurduğumuz teleqrammalara da cavab verən yoxdur.
Azərbaycan Avtomobil Yolları Depratamenti isə bizim şikayətlərimizi qulaqardına vurur. Biz bu məsələni həll etmək üçün bir yerə toplaşdıq. Bu zaman Ağdaş Ərazi üzrə bələddiyyə sədrinin "havadarı" Nadir Məmmədov mənə hücum etdi.
Mən "20 yanvar" əliliyəm. Atam uzun illər təsərrüfat rəhbəri olmuşdur. Özüm də uzun illər idarə müdiri olmuşam. Bu adam məni təxribata çəkmək üçün bu cür hərəkətə yol verirdi. Lakin biz onun səviyyəsinə enmədik.
Cənab Prezident! Biz Sizə müraciət edirik! Bizə yardım edin! Bizi bu yaramaz "məmurcığazların" əlindən xilas edin. Bunlar Sizin adınıza ləkə vururlar. Soyuqbulaq kəndinin sakinləri Sizdən ümid gözləyir.
Təyyar Cavadov Cavad oğlu,
"20 yanvar əlili"
MilliYol.Az
Digər xəbərlər
loading...