"Fermer evləri" layihəsi niyə dayandı?
Bir neçə gündür ki, yerli KİV-lərdə "Trans-Broker" MMC-nin sabiq sədri Əbülfəz Məlikovla ilginc faktlar təqdim olunur. Məlumatlarda deyilirdi ki, əslində gömrükdəki özbaşına sistemi səbəbindən dövlət büdcəsinə külli miqdarda ziyan vuran bir şəbəkənin rəhbəri olmuş Əbülfəz Məlikov həbs olunmaq əvəzinə bu gün kəndli-fermerin dostu kimi ictimaiyyətə təqdim olunmaqdadır. Daha doğrusu, bu ad altında gizlənməkdədir. Amma adamın özünün hazırki halından məmnun olmadığı da deyilir və bildirilir ki, son illərdə əli böyük pullarla oynamış Əbülfəz Məlikov bu gün əslində yeni missiyasında çox problemli görünür.
Bu barədə Dia.az-a danışan mənbə bildirir ki, uzun illər ərzində "Trans-Broker" MMC adı altında Məlikov cənabları təxminən 400 milyon dollarlıq bir sərvət əldə edib, indi isə ona yeni vəzifəsində - “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postunda əslində gömrükdən büdcəmizə ötürülməli olan və onun tərəfindən mənimsənilən pulları xərcləmə missiyası həvalı olunub. Amma edirmi?
Mənbə açıqlamasında bildirir ki, Əbülfəz Məlikov hələ bir neçə il əvvəl "yuxarılara" verdiyi vədi demək olar ki, "unudub". Mənbənin söylədikləri: "Ayrı-ayrı rayonlarımızda “Fermer evi” yaradılmalı idi. Bu məqsədlə Məlikov bir neçə milyonundan keçməli idi. Amma etmədi".
Qeyd edək ki, pilot layihə olan “fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulurdu. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapmalı idilər. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək və onlara açıq dəstək veriləcəkdi.
Amma olmadı. Çünki Məlikov rəsmən hökumətə "atdı". Mənbə dia.az-a bildirir: "Bu zaman başa düşmədi ki, təkcə özünü yox, onunla bağlı "yuxarılara" təminat verən səlahiyyətli şəxsi də zərbə altında qoymuş olur. Və indi də problemlər qabara bilər ki, bu da Məlikovun birdəfəlik "silinməsinə" gətirib çıxaracaq".
Onu da bildirək ki, artıq yeni kənd təsərrüfatı nazirimiz İnam Kərimov da "Fermer evləri"nə maraq göstərməyə başlayıb. Yəqin bu da Əbülfəz Məlikovun "silisə" çəkilməsini daha da sürətləndirəcək. Yəni nazir soruşa bilər ki, hanı bu evlər...
Mövzu diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfin fikirlərini yaymağa hazırıq...
MilliYol.Az
Digər xəbərlər
loading...