Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda üç maraqlı addım atdı. Birincisi, ən yaxın köməkçisi və Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu işdən azad edib daha aşağı vəzifəyə keçirdi. Daha sonra üç regionun qubernatorunu dəyişib onları özünün şəxsi mühafizəçiləri ilə əvəzlədi. İkincisi, Ukraynaya təzyiqləri artırıb Krımda S-400 sistemləri yerləşdirdi. Və nəhayət Putin eyham vurdu ki, Ermənistanı Qarabağın bir hissəsini Azərbaycana qaytarmağa məcbur edə bilər.
Virtualaz.org xəbər verir ki, Putinin son addımları haqda bu qənaətlə amerikalı analitik Corc Fridman equities.com saytında yer alan məqaləsində çıxış edib.
Müəllif yazır ki, Ermənistan Türkiyənin düşməni və ənənəvi olaraq Rusiyanın müttəfiqidir. Buna baxmayaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərindən sonra Putin Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb və ona torpaqların qaytarılmalı olduğu haqda mesajı çatdırıb. “Bu, Rusiyanın siyasətində radikal dəyişiklikdir”-müəllif yazır.
Xatırladaq ki, Putinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan 5-nin, yaxud keçmiş amerikalı həmsədr Metyu Brayzanın açıqldığı kimi, 2-nin Azərbaycana qaytarılmasına dair planı gündəmdədir. Metyu Brayzanın yazdığına görə Putin Sərkisyanla Moskvadakı sonuncu görüşündə 2 rayonun qaytarılması, əvəzində Azərbaycanın Ermənistanla bütün nəqliyyat kommunikasiyalarını açması haqda təklifini çatdırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...