ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubi Koreyanın prezidenti Mun Çje İnlə görüşüb
Virtualaz.org NBC-yə istinadən xəbər verir ki, Cənubi Koreya lideri ilə görüşdə Tramp KXDR lideri Kim Çen Inla görüşün “daha sonra” baş tuta biləcəyini bildirib.
Eyni zamanda, Amerika dövlət başçısı vurğulayıb ki, KXDR lideri Koreya yarımadasının nüvə silahından təmizlənməsi istiqamətində iş görmək üçün “ciddi çalışır”.
Xatırladaq ki, iyunun 12-də Sinqapurda Tramp və Kim Çen In arasında zirvə görüşü keçirilməlidir.
Digər xəbərlər
loading...