Qabon Respublikasının Prezidenti Əli Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Təbrikdə deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizi Qabon xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Zati-aliləri, Qabon Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğumu bildirmək istərdim.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmərəli əməkdaşlığın inkişafı, xalqlarımızın maraqları naminə Sizinlə birgə işləmək arzumu bir daha ifadə etməkdən məmnunam.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Digər xəbərlər
loading...