İtaliyada martın əvvəllərində keçirilmiş parlament seçkilərində yerlərin çoxunu qazanmış iki populist və rusiyameylli partiya-“Beş ulduz” hərəkatı və “Şimal liqası” ölkə prezidenti Serjio Matarelleyə koalision hökumətin baş naziri vəzifəsinə namizədi təqdim ediblər. Bu, indiyə qədər siyasətdə heç kimin tanımadığı vəkil və hüquq professoru Cüzeppe Kontedir. (Virtualaz.org)
İtaliya mətbuatının yazydığı məlumata görə, 54 yaşlı Konte əvvəllər sol təmayüllü siyasətçi kimi özünü tanıtmağa çalışıb, amma sonradan Avropada solçuluğun daha aktual olmadığını əsas gətirərək bu ideologiyadan daşınıb. Seçki kampaniyası dövründə Konte bir dəfə də olsun publika qarşısında görünməyib. Habelə seçkilərdən sonra koalision hökumətin formalaşdırılmasına dair danışıqlarda heç vaxt onun adı çəkilməyib.
Buna baxmayaraq “Beş ulduz” hərəkatının lideri Lyuci Di Mayo bildirib ki, Konte texniki fiqur deyil, siyasətçidir. “Şadam ki, biz onun namizədliyi məsələsində razılığa gəldik”-o bildirib.
“Şimal liqası” və “Beş ulduz” hərəkatı koalision hökumətin proqramını mayın əvvəllərində razılaşdırıblar. Bura korrupsiyaya qarşı mübarizə, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının qorunması, pensiya islahatları və s. daxildir.
Hər iki partiya İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP boru kəmərinə qarşı uzun müddət təbliğat aparıblar, aksiyalar təşkil ediblər. Bu baxımdan İtaliyada “Putinin adamlarının” formalaşdırdığı hökumətin TAP-la bağlı davranışlarının necə olacağı maraq doğurur.
MilliYol.Az
Digər xəbərlər
loading...