Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası sәbәbindәn ölәnlәrin sayı 27-yә çatıb
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, virus Bikoro, İboko, Vanqata vә Mbandaka bölgәlәrindә daha çox müşahidə edilir.
Daha 49 nəfərin bu epidemiyaya yoluxduğu bildirilib.
Ümumdünya Sәhiyyә Tәşkilatı virusun qarşısını almaq mәqsәdi ilә dünәn bölgәyә tәcili yardım briqadaları vә 4 min doza “Ebola” vaksini göndәrib.
Qeyd edәk ki, bu epidemiya 2013-2017-ci illərdə Qvineya, Liveriya və Syerra-Leonedə 11-mindən çox insanın ölümünə səbəb olmuşdu.
Digər xəbərlər
loading...