Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan ötən ilə nisbətən 5,5 dəfə daha çox avtomobil idxal edib
Bu, Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.
Məlumatda qeyd olunur ki, idxal olunmuş avtomobillərin sayı 4 ay ərzində 1995 olub. İdxal olunan avtomobillərin ümumi dəyəri isə 36 mln. 778,7 min dollar təşkil edib.
Maraqlısı budur ki, avtomobil idxalı artsa da, onların qiymətlərində ciddi ucuzlaşma nəzərə çarpmır. Üz tutduğumuz avtomobil salonlarından bildirirlər ki, maşın idxalının artmasına baxmayaraq, satışda durğunluq yaşanır.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, avtomobillərin idxalında ötən illə müqayisədə artım olsa da, ümumilikdə elə də böyük rəqəmi ifadə etmir. İdxal edilən avtomobillərin çoxu isə yeni avtomobillərdi və bu maşınların qiymətində yaxın zamanlarda ciddi ucuzlaşma gözlənilmir.
Vüqar Bayramov bildirir ki, qiymət azalması gözlənilir. Ancaq bu, yalnız köhnə avtomobillərin satışında ola bilər.
Onu da qeyd edək ki, 2013-cü ildə Azərbaycana 104 min avtomobil idxal olunub. Ancaq bu rəqəm son illər dəfələrlə azalaraq bir neçə minə qədər azalıb. (xezerxeber.az)
Digər xəbərlər
loading...