Bakıda kafedə baş verən partlayış zamanı yaralanan iki nəfərin vəziyyəti həddindən artıq ağırdır
Bu barədə Trend-ə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.
Baş həkim bildirib ki, hadisə nəticəsində yanıq xəsarətləri alan İbrahimov Natiq Zahid oğlunun bədən səthinin 95 faizi, İbrahimova Şəkər Xosrov qızının isə bədən səthinin 100 faizi yanıb: “Yaralıların müalicəsinə başlanıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hər ikisinin vəziyyəti çox ağırdır”.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, bu gün günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan, çayxana kimi fəaliyyət göstərən tikilinin içərisində propan qaz balonu partlayıb.
Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Digər xəbərlər
loading...