“Şahdəniz” konsorsiumu 2020-ci ildən etibarən “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırdır
İnterfax.az bildirir ki, Bolqarıstan Energetika Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Məlumatda bildirilir ki, Bolqarıstanın energetika naziri Temenujka Petkova ötən həftə “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə Azərbaycan qazının bu ölkəyə tədarükü məsələsini və Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin tikintisi layihəsinin gedişini müzakirə edib.
"Konsorsiumun nümayəndələri T.Petkovaya məlumat veriblər ki, “Mərhələ-2” çərçivəsində təbii qaz hasilatı istiqamətində işlər sürətlənib. Bununla əlaqədar Bolqarıstan Azərbaycandan ilk qazı 2020-ci ildə ala biləcək", - deyə məlumatda vurğulanır.
Bundan başqa, görüşdə Bolqarıstanın regionda enerji təhlükəsizliyi sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyi qeyd olunub.
T.Petkova bildirib ki, hazırda Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi üzrə boru tədarükçüsünün, layihələndirmə və tikinti üzrə podratçının, eləcə də məsləhətçi mühəndisin seçimi prosesi gedir. Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi planlaşdırılır.
"Son aylar ərzində layihə üzərində işlər intensivləşib və qeyd edim ki, hökumət Yunanıstan-Bolqarıstan interkonnektorunu dəstəkləyir. Biz bütün tədbirləri qrafik üzrə həyata keçirmək niyyətindəyik", - deyə T.Petkova əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...