“Terrorizm mövcud olduqca, rəsmi Dəməşq istədikcə, İran Suriyada qalacaq”
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib.
Rusiyanın istəyi ilə əcnəbi qüvvələrin Suriyadan çıxmasına dair yayılan məlumatlara münasibət bildirən B. Qasımi qeyd edib ki, heç kim İranı hansısa işi görməyə məcbur edə bilməz: “Suriya hökumətinin icazəsi olmadan həmin ölkəyə girənlər Suriyanı tərk etməlidir”.
Hərtərəfli Birgə Fəaliyyət Planını razılaşdıran ölkələr arasında İranın nüvə proqramı ilə bağlı müzakirələrin olacağı ilə bağlı yayılan məlumatlara gəldikdə isə B.Qasımi bildirib ki, bu kimi məlumatların yayılmasının məqsədi çaşqınlıq yaratmaqdır: “Almaniya qəzetində çap olunan məlumat yalandır və bizim Hərtərəfli Birgə Fəaliyyət Planından başqa heç bir müzakirəmiz olmayacaq. Avropa ölkələrinin rəhbərləri yüksək intellekt sahibidir və İranla hansı məsələləri müzakirə edəcəklərini yaxşı bilirlər. Gələn həftənin cümə günü HBFP-nin müştərək komissiyasının iclası keçiriləcək. ABŞ sazişdən çıxdıqdan sonra bu ilk görüş olacaq. Görüş İranın istəyi ilə keçirilir və bizi maraqlandıran məsələlər haqqında müzakirə aparılacaq.”
O qeyd edib ki, ABŞ HBFP-dən birtərəfli çıxmaqla dünyaya etibarlı tərəfdaş olmadığını göstərib: “Beynəlxalq razılaşmadan çıxmaq və digər şərtlər irəli sürərək müzakirələrə yenidən başlamaq istəməsi utancvericidir. Bunu düşünmək belə qəbulolunmazdır. İranın ABŞ-la bağlı mövqeyi şəffaf olub. Xəbərlərdə HBFP-nin yerinə yeni proqramın hazırlanacağı ilə bağlı yayılan məlumatlar əsassızdır”.
ABŞ-la Şimali Koreya arasındakı müzakirələrə gəldikdə İran XİN sözçüsü bildirib ki, Tehran dünyanın hər yerində sülh və sabitlik tərəfdarıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...