Ermənistanın sabiq xarici işlər naziri, “Konsolidasiya” partiyasının sədri Vardan Oskanyan Dağlıq Qarabağ üzrə danışıqların müəyyən müddət dayandırılmasını təklif edir.
Azvision.az xəbər verir ki, bu barədə Oskanyan “Amerikanın səsi”nə müsahibəsində bildirib.
“Qarabağ üzrə danışıqların növbəti parlament seçkilərinə qədər dayandırılması ən düzgün addım olardı”, - deyə Oskanyan hesab edir.
Onun fikrincə, indiki Ermənistan hakimiyyəti Qarabağ danışıqları yanlış istiqamətdə aparır: “Mənim üçün bir mənalı şəkildə aydındır ki, danışıqlar bizim üçün arzuolunmaz istiqamətdə gedir. Biz artıq danışıqlarda öz müqəddəratını təyin etmə hüququnun prioritetliyini itirmişik və bu gün hər kəs öz diqqətinin ərazilərin qaytarılmasına yönəldib”.
Oskanyan vurğulayıb ki, hazırkı vəziyyətdə Ermənistan hakimiyyəti istefa verməli və bu yeri yeni qüvvələrə verməlidir: “Əgər məğlub mövqedən çıxış edən insanlar varsa, onlardan xahiş edirəm ki, öz mövqelərini başqalarına versinlər. Vəziyyəti dəyişmək gücünə malik daha qabiliyyətli insanlar var”.
Bu arada Oskanyanın fikrincə Qarabağ problemini yalnız azad və ədalətli seçkilər yolu ilə hakimiyyətə gələnlər həll edə bilər: “Xalq tərəfindən tanınan bu yeni hakimiyyət problemləri həll etmək üçün yeni mövqelərdə həm Türkiyə, həm də Azərbaycanla danışıqlar apara bilər”.
MilliYol.Az
Digər xəbərlər
loading...