Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov ermənilərə sevgi dolu məktub imzalayıb.
A24.Az-ın məlumatına görə, bu barədə İstanbulda nəşr olunan “Agos” erməni qəzetinin bu gün çap olunmuş sayında bildirilir.
Qəzetdə dərc olunmuş məqalədə vurğulanır ki, Rusiya vətəndaşı və “Northgaz” şirkətinin sahibi olan Fərhad Əhmədov Rusiyada və Azərbaycanda fəaliyyət göstərən jurnalistlərə məktub yazaraq ermənilərə nifrəti dayandırmağı tələb edib. Milyarderin məktubu Azərbaycan və erməni xalqları barədə “sevimli qardaşlarım və qonşularım” sözləri ilə başlayır.
Fərhad Əhmədov məktubunda “savaş ruhunun hər bir azərbaycanlının qanına işləməsindən, gündəlik həyatının bir parçasına dönməsindən” narahatlıq duyduğunu ifadə edib. O həm də Qarabağın hər iki xalqa – ermənilərə və azərbaycanlılara məxsus olduğunu bildirib.
Ailəsi ilkin kapitalını Azərbaycandan, konkret olaraq Göyçay Şirə Zavodundan götürmüş milyarder bununla da ermənilərin dediklərini təsdiqləyib. Ermənilər də Qarabağın iki millətə məxsus olduğunu iddia edir – aran hissəsini bizə vermək, dağlıq hissəsini isə özlərinə götürmək istəyirlər. Məhz buna görə “Agos” sevinclə Fərhad Əhmədovun məktubunun sosial şəbəkədə 500 min dəfə paylaşıldığını qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...