Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış bütün müqavilələrə yenidən baxır və milli maraqlarına zidd bütün müqavilələrdən çıxacaq
"Deutsche Welle" radiosunun verdiyi məlumata görə, bunu bu gün Kiyevdə SSRİ dövründə siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
P.Poroşenko deyib ki, Ukrayna əminliklə Rusiyanın təsir sferasından çıxır: "Ukrayna həmişə, hələ 1991-ci ildən MDB-yə üzvlüyə imperiyadan sivil qaydada "boşanma" vasitəsi kimi baxıb. Ancaq Rusiyanın günahından bunun sivil qaydada həyata keçməsi alınmayıb. Moskva MDB-ni Kremldən idarə edilən imperiyaya çevirməyə çalışıb. Buna görə də Ukrayna MDB-nin Nizamnaməsini ratifikasiya etməyib və MDB-nin tam hüquqlu üzvü olmağa hazırlaşmayıb. Biz Ukraynanın heç vaxt daxil olmadığı yerdən çıxa bilmərik. Ancaq biz MDB-nin koordinasiya orqanlarında iştirakımızı dayandırırıq".
Qeyd edək ki, P.Poroşenko dünən Ukraynanın MDB orqanlarındakı nümayəndələrinin geri çağırılması barədə fərman imzalayıb.
Digər xəbərlər
loading...