Almaniyada dərc olunan “Bild” nəşrinin jurnalistləri hesab edirlər ki, Soçidəki görüşün əvvəlində Rusiya prezidenti Vladimir Putinin Almaniyanın kansleri Angela Merkelə gül dəstəsi təqdim etməsində “gizli məna” var
Virtualaz.org xəbər verir ki, alman nəşrinin müəlliflərinin fikrincə, Merkelin Soçiyə işgüzar səfəri əslində “qarşılıqlı zərbələr” görüşü olub və ilk zərbəni elə görüşün keçirildiyi binanın astanasında Putin endirib.
Jurnalist əmindir ki, Merkelə hədiyyə edilən gül dəstəsi əslində göründüyü qədər nəvaziş amili deyil. “Nəvaziş kimi görünür, əslində isə təhqirdir”, - “Bild” yazır. Məqalənin müəllifi hesab edir ki, dünyanın aparıcı siyasətçiləri görüşərkən bir-birlərinin əlini sıxmalıdır, gül dəstəsi təqdim etməli deyil. O əmindir ki, bununla Merkelə anlatmağa çalışıblar ki, o sadəcə bir qadındır.
Bundan əvvəl “Bild”də dərc olunmuş məqalədə iddia olunurdu ki, Soçidəki görüşdə Putin dünyanın siyasi arenasında kimin əsl söz sahibi olduğunu nümayiş etdirdi.
Digər xəbərlər
loading...