Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan mayın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gələrək, Xankəndində qurulan separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağla bağlı xarici siyasətə dair bir sıra məsələlər müzakirə olunub. Mnatsakanyan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Zöhrab Mnatsakanyan bildirib ki, Bako Saakyanla Qarabağın Ermənistan üçün əhəmiyyətindən danışıb, separatçıların təhlükəsizliyi məsələsini müzakirə edib.
Ermənistanın yeni xarici işlər naziri bəyan edib ki, Dağlıq Qarabağ Ermənistanın diplomatik cəbhədə prioritetlərindən biri olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...