Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb
Lent.az Penitensiar Xidmətin rəsmi internet səhifəsinə istinadən bildirir ki, Cinayət Məcəlləsinin 234.1; 237.1; 66.2; 69.3; 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kaltayev Məzahir Əhmədulla oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Balakən rayon sakini Telliyeva Aypara Tahir qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilmiş kağız bükülüdə 0,47 qram marixuana aşkar edilib.
Digər xəbərlər
loading...