Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal xəstəxanadan buraxılıb
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Solsberi şəhərindəki xəstəxananın direktoru bildirib.
Xəstəxanadan S. Skripalın hazırda harada olduğu və gələcəkdə müalicəsini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirilməyib. Bu, xəstəyə dair məlumatların konfidensiallığının qorunmasının vacibliyi ilə izah edilib. Regionun səhiyyə idarəsi də S. Skripalın xəstəxanadan çıxdığını təsdiqləyib.
S. Skripalın qızı Yuliya hələ apreldə xəstəxanadan buraxılıb.
Qeyd edək ki, Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki S. Skripal və onun qızı Yuliya bu il martın 4-də Solsberi şəhərində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Britaniya hökuməti S. Skripal və qızının kimyəvi hücum nəticəsində zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyaya dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.
Digər xəbərlər
loading...